Təkcə martda 267 tank əlehinə mina zərərsizləşdirilib - Rəsmi
2026-ci ilin martında azad olunan ərazilərdə 267 tank əleyhinə mina, 236 piyada əleyhinə mina, 4922 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Məlumata əsasən, 5336.5 hektar ərazi minalardan təmizlənib.
2026-cı ildə Qarabağda 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
2025-ci ildə 69,2 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə isə 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 249 min hektara yaxın sahə minalardan təmizlənib.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Gülnar Nazimqızı