Bahar Muradovanın komitəsi bir il ərzində tədbirlərə 3 milyon manata yaxın vəsait xərcləyəcək
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2026-cı il üçün keçirəcək tədbirlərinə 2 870 444,4 AZN xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi saytda məlumat paylaşılıb.
Belə ki, dövlət komitəsi birinci yarımil üzrə keçirəcək 28 tədbirə 1.971.083,8 AZN vəsait, ikinci yarımil üzrə 6 tədbirə isə 899.360,6 AZN xərcləyəcək.
Tenderin qalibi olan "ADMEDİA.AZ" MMC keçirilən bütün tədbirlərin təşilatçılığı həyata keçiriləcək.
Tenderin qalibi olan bu MMC 2000-ci ildən fəaliyyət göstərir.
Gülnar Nazimqızı