• $
  • £

Martda 91 nəfər zəhərlənib, 3-ü ölüb

Martda 91 nəfər zəhərlənib, 3-ü ölüb
03.04.2026 10:12

Azərbaycanda mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bu barədə KTM-dən məlumat verilib.

Qeyd olunub ki, 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 42 nəfər dərman preparatlarından, 3 nəfər siçan dərmanından (rodentisid), 24 nəfər sirkə turşusundan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 5 nəfər dəm qazından, 5 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Güclü külək məktəb binasına zərər vurub
Cəmiyyət 11:51
Güclü külək məktəb binasına zərər vurub
Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlərsaxlanılıb
Cəmiyyət 11:46
Nizami Kino Mərkəzinin divarına qrafit çəkənlərsaxlanılıb
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Cəmiyyət 11:37
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Əli Əsədov qərar imzalayıb - Bu yol ödənişli olacaq
Cəmiyyət 11:21
Əli Əsədov qərar imzalayıb - Bu yol ödənişli olacaq

Səfərbərlik Xidməti 34 əməkdaşıilə bağlı Baş Prokurorluğa müraciət edib
Cəmiyyət 11:05
Səfərbərlik Xidməti 34 əməkdaşıilə bağlı Baş Prokurorluğa müraciət edib
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
Cəmiyyət 10:47
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
Bir gündə 49 cinayətin üstü açılıb
Cəmiyyət 10:30
Bir gündə 49 cinayətin üstü açılıb
Martda 91 nəfər zəhərlənib, 3-ü ölüb
Cəmiyyət 10:12
Martda 91 nəfər zəhərlənib, 3-ü ölüb

Dövlət qulluqçusu olmaq istəyən 1227 nəfər imtahan verəcək
Cəmiyyət 10:06
Dövlət qulluqçusu olmaq istəyən 1227 nəfər imtahan verəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol