Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
2026-cı ilin martında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 628 nəfər olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Onların 114 713 nəfəri yaşa, 13 987 nəfəri əlilliyə, 22 928 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Rəsmi statistikaya əsasən, xüsusi şərtlərlə pensiya alanların böyük əksəriyyətini yaşa görə pensiyaçıların payı təşkil edir.
Aytac
Son xəbərlər
Daha çox