Kəlbəcərin Zar kəndinə növbəti köç olacaq
Yaxın zamanda Kəlbəcərin Zar kəndinə növbəti köç olacaq. Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidməti şöbəsinə müdiri Nuranə Babayeva deyib.
Aprelin 2-də “Böyük Qayıdış” Proqramı çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə sayca 6-cı köç olub.
Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub.
Aytac
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox