Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib - Hikmət Hacıyev
Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib, onlardan 72-si həlak olub, 349-u ağır yaralanıb. Bunu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial hesabında paylaşıb.
"Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb",- o bildirib.
2025-ci ildə 69,2 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə isə 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 249 min hektara yaxın sahə minalardan təmizlənib.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Aytac