Nazir müavini Keşləyə gedib
Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində bəzi yaşayış evləri subasmaya məruz qalıb.
Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində 37 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda ərazidə suyun çəkilməsi və digər təhlükəsizlik tədbirləri davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev vəziyyətlə bağlı ərazidədir.
Son xəbərlər
Daha çox