"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
BakıKart oktyabr–aprel aylarında NFC funksiyalı bank kartları ilə həyata keçirilmiş, lakin silinməmiş vəsaitlərin 6 aprel 2026-cı ildən etibarən mərhələli şəkildə silinməsinə başlayacaq.
Şirkət bildirib ki, bu proseslə yanaşı ictimai nəqliyyatdan istifadə zamanı tətbiq olunan müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaq.
Məlumata görə, ödənişlər dərhal icra edilsə də, vəsaitin silinməsi barədə bildirişlər istifadəçilərə bir neçə saat və ya gün gecikmə ilə təqdim oluna bilər. Bu səbəbdən bəzi hallarda bank kartlarına müvəqqəti məhdudiyyət tətbiq edilir.
Şirkət istifadəçilərə kartlarında kifayət qədər vəsait saxlamalarını tövsiyə edib və qeyd edib ki, borc məbləği silindikdən sonra məhdudiyyətlər ləğv olunacaq və bank tərəfindən bildiriş göndəriləcək.
Silinən məbləğlər bank kartlarının əməliyyat tarixçəsində əks olunacaq.
Son xəbərlər
Daha çox