Keşlədə kollektorun üzərində tikilən ev sökülüb,Eldar Əzizov və Zaur Mikayılov ərazidə olublar - Yenilənib
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.
Ərazidə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.
***
Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.
“Qafqazinfo” xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.
Bildirilib ki, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunur.