Ötən həftə bu qədər ərazi minalardan təmizlənib
Martın 30-dan aprelin 5-dək azad olunan ərazilərdən 34 tank əleyhinə mina, 83 piyada əleyhinə mina, 2254 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq, zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Məlumata əsasən, 2278.1 hektar ərazi minalardan təmizlənib.
2025-ci ildə 69,2 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə isə 2020-ci ildən bəri azad edilmiş ərazilərdə 249 min hektara yaxın sahə minalardan təmizlənib.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Aytac
Son xəbərlər
Daha çox