• $
  • £

Bu nazirlikdə 8 milyon manat əsassız ödəniş aşkar edilib

Bu nazirlikdə 8 milyon manat əsassız ödəniş aşkar edilib
07.04.2026 09:33

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub. 

Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür.

İntizam tədbirləri çərçivəsində 2025-ci ildə 56 əməkdaşa yazılı, 81 əməkdaşa şifahi xəbərdarlıq, 8 əməkdaşa töhmət verilib, 1 əməkdaş isə aşağı vəzifəyə keçirilib.

Vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı aparılan araşdırmalar nəticəsində isə əlavə olaraq 16 əməkdaşa yazılı, 32 əməkdaşa şifahi xəbərdarlıq, 35 əməkdaşa töhmət, 3 əməkdaşa şiddətli töhmət verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 əməkdaşın əmək müqaviləsinə xitam verilib.

Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluqna təqdim olunub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Slavyan Universiteti 6 tədbirə 300 min manata yaxın vəsait xərcləyəcək
Cəmiyyət 11:12
Bakı Slavyan Universiteti 6 tədbirə 300 min manata yaxın vəsait xərcləyəcək
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: 16 nəfər saxlanılıb
Cəmiyyət 11:10
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: 16 nəfər saxlanılıb
“Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
Cəmiyyət 10:55
“Bazarstore” növbəti “Möhtəşəm 5 Gün” kampaniyasına başlayır
Polis 19 yaşlı qızı qaçıran 4 nəfəri saxlayıb
Cəmiyyət 10:28
Polis 19 yaşlı qızı qaçıran 4 nəfəri saxlayıb
DİN: Bir gündə 59 cinayətin açılması təmin edilib
Cəmiyyət 10:26
DİN: Bir gündə 59 cinayətin açılması təmin edilib
Bu nazirlikdə 8 milyon manat əsassız ödəniş aşkar edilib
Cəmiyyət 09:33
Bu nazirlikdə 8 milyon manat əsassız ödəniş aşkar edilib
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:06
Lerikin bir neçə kəndində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq
Xəzərdə zəlzələ olub
Cəmiyyət 08:47
Xəzərdə zəlzələ olub
Bakıda ev çöküb - xəsarət alan var
Cəmiyyət 08:24
Bakıda ev çöküb - xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol