Bakı və Abşeron ərazinin 60% hissəsində mərkəzləşmiş kanalzasiya sistemi yoxdur
Bakı və Abşeron yarımadasının 60% ərazisində mərkəzləşdirilmiş kanalzasiya sistemi yoxdur. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qurum qeyd edib ki, Bakı və Abşeronda 40 faizə yaxın ərazində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcuddur.
Qurumdan bildirilib ki, hazırda Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1600-ə yaxın tikili mövcuddur.
Bir neçə gündür ölkə ərazisinə yağan aramsız yağışlar fəsadlara yol açıb. Belə ki, Bakı,Abşeron eləcə də ölkənin bir çox rayonlarında vətəndaşların evləri su altında qalıb.
Aytac Zeynalova