Taleh Bağırzadənin oğlunun 17 yaşlı qızı yumruqla vurduğu iddia edilir
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb. Bu barədə Apa məlumat yayıb.
Məlumata görə, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.
Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
Daha çox