• $
  • £

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək

WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
09.04.2026 18:44

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən olunmuş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 – 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

WUF13 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib ki, monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən vaxtda hərəkətlərini əvvəlcədən planlaşdırmaq, həmin istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaq və alternativ yollardan istifadə etmək xahiş olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspres avtobus marşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:10
Sabah bu ərazilərdə qaz olmayacaq
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
Cəmiyyət 18:44
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək

Tahir Gözel “Azərsun Holdinq”ə rəhbərtəyin olundu
Cəmiyyət 17:53
Tahir Gözel “Azərsun Holdinq”ə rəhbərtəyin olundu

Bəzi rayonlara yağış və qar yağır- FAKTİKİ HAVA
Cəmiyyət 17:32
Bəzi rayonlara yağış və qar yağır- FAKTİKİ HAVA

Bakının bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq
Cəmiyyət 16:56
Bakının bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Cəmiyyət 16:44
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib
Cəmiyyət 16:29
Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 15:21
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib
Cəmiyyət 14:42
Siyasi partiyalar maliyyə hesabatlarını təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol