• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib

Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib
09.04.2026 19:33

Litvanın Baş naziri İnqa Ruqiniene aprelin 9-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

Qonağa Azərbaycan xalçaçılıq sənəti haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Qeyd olunub ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Tətbiqi sənətin nadir nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkənin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən muzey üçün xüsusi bina tikilməsi qərara alınıb və 2008-ci il mayın 15-də Dənizkənarı Milli Parkın ərazisində binanın təməlqoyma mərasimi keçirilib.

Orijinal üslubda inşa olunan bina bükülmüş xalçanı xatırladır. Burada xalça və xalça məmulatları, metal, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur və bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün ideal şərait yaradılıb.

Muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyaları ilə Azərbaycanın 7 əsas məktəbini - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça məktəblərini təmsil edir.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaq, həmçinin muzeydə xalçatoxuma prosesi ilə yaxından tanış olub.

Litvanın Baş naziri İnqa Ruqinieneyə, həmçinin Azərbaycanın milli geyimləri və qədim kəlağayı sənəti haqqında məlumat verilib. Litvalı Baş nazir kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Qonağa burada nümayiş olunan “Zəfər” xalçası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bu xalça 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə həsr olunub.

Daha sonra qonaq muzeyin Qarabağ interyeri ilə tanış olub.

Sonda Litvanın Baş naziri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib
Cəmiyyət 19:33
Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:10
Sabah bu ərazilərdə qaz olmayacaq
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
Cəmiyyət 18:44
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək

Tahir Gözel “Azərsun Holdinq”ə rəhbərtəyin olundu
Cəmiyyət 17:53
Tahir Gözel “Azərsun Holdinq”ə rəhbərtəyin olundu

Bəzi rayonlara yağış və qar yağır- FAKTİKİ HAVA
Cəmiyyət 17:32
Bəzi rayonlara yağış və qar yağır- FAKTİKİ HAVA

Bakının bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq
Cəmiyyət 16:56
Bakının bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Cəmiyyət 16:44
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib
Cəmiyyət 16:29
Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 15:21
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol