Məleykə Abbaszadə: Son 10 ildə DİM imtahanlarından 6 milyondan çox insan keçib
Son 10 il ərzində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda 6 milyondan çox insan iştirak edib. Bunu qurumun sədri Məleykə Abbaszadə deyib.
Abbaszadənin sözlərinə görə, bu göstərici “sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır”.
O qeyd edib ki, DİM artıq yalnız ali təhsil müəssisələrinə qəbul üçün mexanizm olmaqdan çıxaraq daha geniş funksiyalar yerinə yetirir.
“Biz ədalət infrastrukturunun mühüm elementinə çevrilmişik və vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik”, – o bildirib.
Qurum rəhbəri əlavə edib ki, dövlət dəstəyi sayəsində təhsil və kadr siyasətinin təhlili üçün geniş empirik məlumat bazaları formalaşdırılıb.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox