• $
  • £

Deputat audit yoxlamalarla bağlı təkliflər verib

Deputat audit yoxlamalarla bağlı təkliflər verib
13.04.2026 12:31

Ölkədə performans auditləri hələ zəif, risk əsaslı audit modelinin isə tam formalaşmayıb. Bunu Milli Məclisinin deputatı Tahir Mirkişili bildirib. 

Mirkişili qeyd edib ki, hazırda auditlərin əsas hissəsi uyğunluq auditlərindən ibarətdir və “vəsaitin səmərəli xərclənib-xərclənmədiyini qiymətləndirən performans auditləri kifayət qədər geniş tətbiq olunmur”.

Onun sözlərinə görə, risk reyestri mövcud olsa da, audit prioritetlərinin tam şəkildə risk əsaslı formalaşmadığı müşahidə edilir.

Deputat həmçinin bildirib ki, rəqəmsallaşma prosesləri başlanıb, lakin data inteqrasiyası və audit fəaliyyətinə təsir mexanizmləri barədə məlumatlar yetərli deyil.

Mirkişili “auditdən təsirə” modelinə keçidi sürətləndirməyi təklif edərək hər audit üzrə tövsiyələrin icra statusu və maliyyə təsirinin ayrıca ölçülməsini vacib sayıb.

O, performans auditlərinin payının 3 il ərzində 30 - 40%-ə çatdırılmasını, risk əsaslı planlaşdırmanın gücləndirilməsini və dövlət maliyyə sistemində data və süni intellekt əsaslı audit mexanizmlərinin tətbiqini təklif edib.

Deputat həmçinin hər il iqtisadiyyat üzrə əsas fiskal riskləri əks etdirən ayrıca hesabat hazırlanmasını təklif edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
Cəmiyyət 11:24
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Cəmiyyət 10:16
DİN: İki gündə 83 cinayətin üstü açılıb

Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:20
Xəzərdə zəlzələ olub


MN: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 09:11
MN: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol