Kenquru olimpiadasında suallar öncədən satılıbmı?
Azərbaycanda aprelin 12-də keçirilən “Kenquru” beynəlxalq riyaziyyat olimpiadasından sonra sosial şəbəkələrdə sualların sızdırıldığı və satıldığı ilə bağlı iddialar yayılıb.
Anews.az-ın apardığı araşdırmaya görə, bu iddiaların Azərbaycanla birbaşa əlaqəsi yoxdur.
Belə ki, dünyanın 100-dən çox ölkəsində təşkil olunan olimpiadanın sualları eyni olur və əksər ölkələrdə eyni tarixdə keçirilir. Bu il əsas tarix martın 19-na təsadüf edib, bəzi ölkələrdə isə bayram günləri ilə əlaqədar imtahanın vaxtı dəyişdirilib.
Araşdırma zamanı sosial şəbəkələrdə yayılan videoda sualları təqdim edən şəxsin imtahan tarixini martın 19-u kimi göstərdiyi və materialların rus və ingilis dillərində olduğu müəyyən edilib. Bu isə yayılan sualların başqa ölkələrdən qaynaqlandığını göstərir.
“Kenquru” beynəlxalq riyaziyyat olimpiadası Elm və Təhsil Nazirliyi tərəfindən də tanınan beynəlxalq bilik yarışıdır.
Mövzu ilə bağlı İnstitu hər hansı mövqe bildirməyib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox