Zaqatalada avtomobilin vurduğu piyada ölüb
Zaqatalada avtomobilin vurduğu piyada ölüb.
"Report"un məlumatına görə, hadisə bu gün saat 21:00 radələrində Zaqatala rayonu ərazisində baş verib.
Səfər Kələşov idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən piyada - 55 yaşlı İmdat İsmayılovu vurub. O aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox