Maştağada neft kəmərinə müdaxilə edən iki nəfər saxlanılıb - video
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində sentyabrın 2-də baş verən yanğınla bağlı iki nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Hadisə neft kəmərindən oğurluğa cəhdlə əlaqəli olub.
Yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib.
Polisin keçirdiyi tədbirlər nəticəsində kəmərə qanunsuz müdaxilə edərək neft oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov saxlanılıb.
DİN-in məlumatına görə, yanğının da həmin şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox