• $
  • £

Baş pediatr: “Uşaq əmzikləri infeksiya və xəstəlik mənbəyidir”

Baş pediatr: “Uşaq əmzikləri infeksiya və xəstəlik mənbəyidir”
25.11.2013 16:33

"Uşağa əmzik verməyin heç bir müsbət cəhəti və xeyri yoxdur” 

“Uşaq əmziklərindən istifadə etməklə analar şüurlu şəkildə körpələrinə ziyan verir. Əmziklər uşaqlarda əmmə aktını pozur. Onlarda dişlərin çıxmasına, üz-çənə skeletinin formalaşmasına mane olur”. 

Bunu Ailem.az-a respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib.

 

N.Quliyevin sözlərinə görə, rezin əmziklər uşaqların çeynəmə əzələlərini yorur: “Sonra ana körpəni əmizdirən zaman yorğun əzələlər lazımi səviyyədə işləyə bilmir və uşaq əmmə aktını sona çatdırır. Nəticədə körpə yarı ac, yarı tox qalır”.

 

Baş pediatr deyib ki, əmziklər həm də infeksiya mənbəyidir: “Təsəvvür edin ki, ana ətrafda nə qədər bakteriya və mikrob varsa, onları əmzik vasitəsilə uşağın ağzına qoyur. Bu isə körpədə bir sıra xəstəliklərə gətirib çıxarır. Yəni uşağa əmzik verməyin heç bir müsbət cəhəti və xeyri yoxdur”.

 

N.Quliyev əmziklərin uşaqların əsəblərini sakitləşdirmək üçün və yuxugətirici bir vasitə kimi işlədilməsi fikirlərinə də münasibət bildirib: “Deyirlər, əmziklər uşaqların əsəblərini sakitləşdirir. Bu, çox yanlış fikirdi. Uşaq əmzikləri insanlar tərəfindən uşaqları aldatmaq üçün uydurulmuş bir şeydir. Pediatriya sahəsində uşaq əmziklərinə qarşı çox mənfi münasibət var. Təsadüfi deyil ki, ana südü ilə qidalanmaya dair bütün əsas sənədlərdə bildirilir ki, uşaqlarda əmmə aktını immitasiya edən hec bir üsuldan, vasitədən istifadə etmək olmaz. Əmziklər də bura aiddr. Sadə şəkildə desək, şüurlu, ağıllı, yetkin insanlar öz körpələrini aldadırlar”.

 

N.Quliyev onu da tövsiyə edir ki, süni qida ilə qidalandırılma məcburiyyətində qaldıqda isə analar bu yeməkləri körpələrə qaşıqla yedizdirsinlər: “Ana uşağını qaşıqla yeməyə öyrətməli və bu rezinlərdən uzaq tutmalıdır. Canlılardan yalnız insanlar təbiətin qanunlarını pozurlar. Sual çıxır ki, nəyə görə bütün canlıların balalarına yox, məhz insanın balasına bu rezinlər lazım olur? Biz təbiətdən uzaqlaşırıq. Qanunlarını pozduqcada da təbiət elə bil bizdən qisas alır”.

 

Baş pediatr onu da bildirib ki, uşaq əmziklərinin icadı və istifadəsi yalnız iş adamlarına sərf edib: “Onlar cürəbəcür əmziklərin istehsalından və satışından gəlir götürürlər. Bu məhsulları alan analar isə onlara bunun üçün gözəl şərait yaradırlar”.  

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 20:43
Ramazanın iyirmi beşinci gününün duası- İmsak və iftar vaxtı
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 20:29
Neftçalada qadın dəm qazından boğularaq ölüb
Bu gün Bakıda 537 küçə yuyulub
Cəmiyyət 18:58
Bu gün Bakıda 537 küçə yuyulub
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Cəmiyyət 18:06
Ötən gün axtarışda olan 163 nəfər saxlanılıb
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Cəmiyyət 17:18
Bağlı qapı arxasında qalan azyaşlılar xilas edilib - Video
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Cəmiyyət 16:52
Azərbaycanda bu dövlət qurumu ləğv edildi
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:17
Ticarət mərkəzlərində oğurluq edən şəxs saxlanılıb
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 15:00
Bakıda işlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan şəxs saxlanılıb
Küləklə bağlı - Xəbərdarlıq
Cəmiyyət 14:40
Küləklə bağlı - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol