• $
  • £

Azərbaycanda şadlıq sarayları ilə bağlı yoxlamalar aparılır

Azərbaycanda şadlıq sarayları ilə bağlı yoxlamalar aparılır
20.11.2013 12:22
Azərbaycanda fəaliyyət göstərən şadlıq sarayları ilə bağlı müvafiq standartlar qəbul edilib və artıq bu istiqamətdə yoxlamalar aparılır.«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib: «Düzdür, bununla bağlı çoxlu narazılıq yaranıb. Lakin vəziyyət dəyişir və bu proses tədricən yaxşılaşacaq». Komitə sədri qeyd edib ki, şadlıq sarayları ilə yanaşı, uşaq bağçaları və orta məktəblərdə də qurumun nəzarət xidməti tərəfindən tədbirlər həyata keçirilir. «Standartlar qəbul olunarkən, biz bu müəssisələrə vaxt vermişdik. Ola bilər ki, bu, onlar üçün az idi, lakin hazırda məktəblərdə Təhsil Nazirliyi ilə birgə təmir işləri aparılır, lazımi avadanlıqlar quraşdırılır. İnanıram ki, bu ilin dekabr ayı və ya gələn ilin yanvar ayından qeyd edilən müəssisələrdə standartlara cavab verməyən qida məhsulları ilə bağlı problemlərlə üzləşməyəcəyik. Uşaqlar yüksək səviyyədə qida məhsulları ilə təmin olunacaqlar», - deyə R.Həsənov vurğulayıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün 19 silah, iki qumbara aşkarlanıb
Cəmiyyət 10:00
Ötən gün 19 silah, iki qumbara aşkarlanıb
Şamaxıya baş memar təyin edildi
Cəmiyyət 09:26
Şamaxıya baş memar təyin edildi
Şamaxıda yenidən zəlzələ olub - Yenilənib
Cəmiyyət 09:15
Şamaxıda yenidən zəlzələ olub - Yenilənib
İsmayıllıda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var
Cəmiyyət 09:06
İsmayıllıda ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var
Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 23:08
Xırdalanda 36 yaşlı qadın 12-ci mərtəbədən yıxılaraq ölüb
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:47
Ramazanın 10-cu gününün duası - İmsak və iftar vaxtı
Ucarda açıq ərazidə yanğın olub
Cəmiyyət 19:12
Ucarda açıq ərazidə yanğın olub
Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub
Cəmiyyət 18:51
Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub
Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb
Cəmiyyət 18:30
Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol