Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilib.Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə BDU-nun rektoru təyin edilib. O, eyni zamanda Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Elçin Babayev 2019-cu il martın 11-dən BDU-nun rektoru idi.
Məleykə Abbaszadə 2024-cü ildən DİM-in İdarə Heyətinin sədri vəzifəsini icra edirdi. O, 2016–2024-cü illərdə DİM-in Direktorlar Şurasının, 2000–2016-cı illərdə isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub.
























