• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn ildən ambulator dərmanlar icbari sığorta ilə verilə bilər

Gələn ildən ambulator dərmanlar icbari sığorta ilə verilə bilər
19.11.2026 15:57

Növbəti ildən Azərbaycanda ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır.

Bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu" çərçivəsində baş tutan "Qurumların fəaliyyəti, işəgötürənlətlı əməkdaşlıq və əmək bazarının aktual məsələləri" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, hazırda vətəndaşlar icbari tibbi sığorta hesabına yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları ilə dövlət hesabına təmin edilirlər:

"Ambulator şəraitdə isə onlara resept əsasında təyin olunan dərman preparatlarını öz vəsaitləri hesabına əldə edirlər. Lakin gələn ilin aprel ayından etibarən bu istiqamətdə də müvafiq mexanizmlərin tətbiqinə başlanılması planlaşdırılır. Bununla bağlı artıq funksional, qanunvericilik və normativ tərəflər hazırlanıb, müvafiq layihələr təsdiqə göndərilib. Yaxın günlərdə onların təsdiqlənəcəyini ehtimal edirik".

O bildirib ki, ilkin mərhələdə daha təxirəsalınmaz xəstəliklərdən biri olan arterial hipertenziyanın, yəni yüksək arterial qan təzyiqinin müalicəsini təmin edən və dəstəkləyən dərman preparatlarının 26 adda xidmətlər zərfi çərçivəsində vətəndaşlara təqdim edilməsi planlaşdırılır.

"Dövlət-biznes əməkdaşlığı müstəvisində özəl təşkilatlar, aptek təşkilatları bu dərman preparatlarının təminatı üçün agentliyimiz tərəfindən sistemə qoşulacaq. Onların həmin sistemə qoşulması elektron resept əsasında təyin olunmuş dərman vasitələrinin təminatının həyata keçirilməsi istiqamətində rolları böyük olacaq. Onların da müvafiq elektron rəqəmsal sistemlərə qoşulması ilə əlaqədar texniki tapşırıqlar hazırlanıb və agentliyimiz tərəfindən aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və aidiyyəti strukturlara ötürülür", - o əlavə edib.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Cəmiyyət 16:23
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək
Cəmiyyət 16:23
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək
"QHT işi" üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub
Cəmiyyət 15:25
"QHT işi" üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır
Cəmiyyət 14:24
Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Cəmiyyət 12:54
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Cəmiyyət 12:31
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Damazlıq heyvanların alınmasına görə fermerlərə 24 milyon manat güzəşt ayrılıb
Cəmiyyət 12:28
Damazlıq heyvanların alınmasına görə fermerlərə 24 milyon manat güzəşt ayrılıb
Fermerlərə 254 milyon manat əkin subsidiyası ödənilib
Cəmiyyət 12:25
Fermerlərə 254 milyon manat əkin subsidiyası ödənilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol