• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Bakıda binaların təhlükəsizliyini qorumaq üçün yeni sistem

Bakıda binaların təhlükəsizliyini qorumaq üçün yeni sistem
13.06.2015 17:15
Bakının qazlaşdırılan bütün təyinatlı binalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər quraşdırılmalıdır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iyunun 9-da keçirilmiş Kollegiya iclasının qərarına əsasən "Qaz təchizatı. Layihələndirmə normaları” normativ sənədinin tələblərinin təkmilləşdirilməsi məqsədilə qeyd olunan normativ sənədinə təsdiq edilib.

Trend-in məlumatına əsasən, bu barədə Dövlət Komitəsinin rəsmi saytında dərc olunan xəbərdə deyilir.

Daxili qaz kəmərlərində qazın təzyiqi 0,0025 MPa-dan çox olduğu hallarda qaz işlədən avadanlıq qarşısında qazın optimal yanmasını təmin edən tənzimləyici-sabitləşdiricilər quraşdırılmalıdır.

Dəyişikliklərə əsasən, yeni qazlaşdırılan yaşayış binalarının mənzillərində qazın verilməsini dayandıran təhlükəsizlik qurğusu ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir.

Bundan başqa, qazlaşdırılan bütün təyinatlı binaların mənzillərində havanın qazla çirklənmə həddi qaz-hava qarışığının alışmasının minimum həddinin 10 faizə çatdıqda işə düşən siqnal vericilər quraşdırılmalıdır.

Bundan başqa, bu cihazların quraşdırılması və təmirini yalnız həmin işlərin görülməsi üzrə lisenziyası olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol