"Ukraynada atəşkəsin başlamasına saatlar qala Ukrayna ordusu hədəflərini bombalamaq üçün Debolsevoya hərbi texnika yeridilib".
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki söyləyib. O bildirib ki, Rusiya sərhədə çox sayda top, raket batareyası gətirib və raketdən müdafiə sistemləri quraşdırılıb.
Gündəlik mətbuat brifinqinde jurnalistlərin suallarını cavablayan Psaki Şərqi Ukraynada, təmas xəttində qarşıdurmaların davam etdiyini qeyd edib.
Psaki bu gün gecə saatlarında rəsmən qüvvəyə minəcək atəşkəsdən əvvəl bu qarşıdurmaların yaşanmasını qayğıverici fakt olaraq xarakterizə edib. ABŞ Dövlət Departamentinin sözçüsü iddia edir ki, son bir neçə gün ərzində Rusiya sərhədindən çox sayda ağır silah və sursat keçib.
Bu vəziyyətin Minskdə əldə edilən razılaşmanın ruhuna yaraşmadığını dilə gətirən Psaki Rusiyanın Ukrayna hədəflərini bombalayacağını qeyd edib. Psaki bu məlumatları ABŞ-ın öz kəşfiyyatının əldə etdiyini söyləyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !