Cənub bölgəsində 146 nəfər təxliyə edilib -VİDEO

18:12 | 19.03.2022
Cənub bölgəsində 146 nəfər təxliyə edilib -VİDEO

Cənub bölgəsində 146 nəfər təxliyə edilib -VİDEO

Masallının Mollaoba, Təzə Alvadı, Bədəlan, Boradigah kəndləri, Cəlilabad şəhəri və onun Təzəkənd, Astanlı, Fərzili, Seyidbazar, Göytəpə, Porsava, Privolnoye kəndləri üzrə ümumilikdə 146 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
 
Bu gün gecə saatlarından başlayaraq respublikanın cənub bölgəsinə yağan intensiv yağışlarla əlaqədar çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın keçməsi nəticəsində Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunmuş FHN-nin qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM