Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi bazarın mövcud ehtiyaclarından asılı olaraq həyata keçiriləcək, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
"Şahdəniz yatağının 1-ci mərhələsi həyata keçirilərkən mexanizm bir qədər fərqli idi, uzunmüddətli müqavilələr, Avropa maliyyə institutlarından maliyyələşmələr var idi. Bununla belə, Avropa siyasəti dəyişib və Aİ maliyyə institutlarının əksəriyyəti karbon layihələrini dəstəkləmir. Eyni zamanda, uzunmüddətli müqavilələr əvəzinə qaz spot bazarda satılır. Bu, bizim Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı yanaşmalarımıza təsir edir. Ona görə də biz bütün bu amilləri nəzərə alaraq genişləndirmə üzərində işləyirik”, - Şahbazov cümə günü mətbuat konfransında bildirib.
O əlavə edib ki, hazırda 2026-cı ilə qədər CQD-nin imkanlarını 1,2 milyard kubmetr qaz ixrac etmək həddinə qədər genişləndirmək planları var.
"Bu bazardır. Mövcud bazar ehtiyaclarını nəzərə alaraq CQD-ni genişləndirəcəyik”, - o əlavə edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !