Cənub rayonlarında qazın qiyməti qalxdı

10:56 | 03.01.2014
Cənub rayonlarında qazın qiyməti qalxdı

Cənub rayonlarında qazın qiyməti qalxdı

Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir 

Cənub bölgəsində bəzi yanacaqdoldurma məntəqələrində maye qazın pərakəndə satış qiymətləri süni şəkildə artırılıb.

AzNews.az xəbər verir ki, bölgədə aparılan müşahidələr zamanı bəlli olub ki, yanacaqdoldurma məntəqələrində maye qaz artıq 35 qəpik/litr, bəzi hallarda isə hətta 40-45 qəpik/litr qiymətinə satılır. Elektron tablolarda isə qiymət 0,35 manat kimi göstərilir.

Bəzi yerlərdə isə satıcılar qazın satış qiymətinin qalxmasını digər yanacaq məhsullarının satış qiymətinin qalxması ilə əlaqələndirirlər. 

Xatırladaq ki, Tarif Şurası tərəfindən ötən ay bəzi yanacaq növlərinin pərakəndə satış qiyməti artırılsa da, maye qazın qiyməti dəyişməz (30 qəpik/litr) saxlanılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM