Cənubi Koreya-Portuqaliya oyunu başladı - YENİLƏNİB

21:15 | 02.12.2022
 Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.
 
Modern.az xəbər verir ki, Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.
 
Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. 6 xalı olan Portuqaliya hələlik ilk pillədə qərarlaşıb. Qrupun digər oyununda Uruqvay yığması Qanaya 2:0 hesabı ilə qalib gəlib.
 
Beləliklə, Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.
 
***
 
 
 
 ------
Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyunu keçirilir.
 
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
 
***
 
18:44
 
Dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Cənubi Koreya və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.
 
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
 
Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son, 9. Sun Kyu Ço
 
Portuqaliya: 22. Dioqu Koşta, 3. Pepe, 24. Antonio Silva, 20. Joau Kanselu, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neveş, 17. Joao Mariu, 23. Mateuş Nunyeş, 21. Rikardo Horta, 7. Kriştianu Ronaldu
 
Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb