Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi

14:35 | 09.04.2020
Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi

Cənubi Koreya qısamüddətli viza rejimini ləğv etdi

Cənubi Koreya koronavirus pandemiyası ilə əlaqədar 90 ölkə ilə vizasız gediş-gəliş rejimini məhdudlaşdıracaq və bütün ölkələr üçün qısamüddətli viza rejimini ləğv edəcək.

"RİA Novosti” xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qərar xaricdən ölkəyə daxil olan insanların digərlərini daha çox yoluxdurması faktı ilə əlaqədardır.

Bundan əlavə, xaricdən ölkəyə daxil olan şəxslərin 14 günlük karantində saxlanılması əlavə maddi vəsait tələb edir.

Qeyd edək ki, Cənubi Koreyada 10 423 şəxsin COVID-19-a yoluxduğu aşkar edilib, 204 nəfər pandemiyanın qurbanı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb