Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədində əsl sursatla atışma təlimi keçirib

15:08 | 25.05.2023
Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədində əsl sursatla atışma təlimi keçirib

Cənubi Koreya və ABŞ Şimali Koreya sərhədində əsl sursatla atışma təlimi keçirib

Cənubi Koreya və ABŞ hərbçiləri Şimali Koreya sərhədində real döyüş sursatı ilə kütləvi atışma təliminə başlayıblar. Bu barədə "TRT" kanalı məlumat verib. 

Bildirilib ki, Cənubi Koreya və ABŞ hərbçilərinin Şimali Koreya sərhədində real döyüş sursatı ilə birgə həyata keçirdikləri və bu gün keçirilən təlim 5 mərhələdən ibarət olacaq və iyunun ortalarında başa çatacaq.

Pxenyan administrasiyası isə Seul və Vaşinqton arasında keçirilən bu təlimə həmişə olduğu kimi öz raketlərini və digər silahlarını sınaqdan keçirməklə cavab verir.

Şimali Koreya 2022-ci ilin əvvəlindən bu yana 100-dən çox raket sınağı həyata keçirsə də, Pxenyan administrasiyası tərəfindən verilən açıqlamalarda bütün bunların ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi təlimlərə cavab olaraq həyata keçirildiyi iddia edilir.
 
Xalidə Elşənqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb