Cənubi Koreyada bütün uçuşlar ləğv edilib

10:41 | 29.12.2024
Cənubi Koreyada bütün uçuşlar ləğv edilib

Cənubi Koreyada bütün uçuşlar ləğv edilib

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında "Jeju Air” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bütün daxili və beynəlxalq reyslər ləğv edilib.Bu barədə "Chungan Ilbo” nəşri məlumat yayıb.

Koreya Hava Limanları Korporasiyasının məlumatına görə, səhər saat 10:00-da Çecuya uçmalı olan "Jeju Air 7C341” reysinə qeydiyyat dayandırılıb. Bundan başqa, saat 13:35-də Çecuya planlaşdırılan "Jin Air LJ467” reysi, saat 16:50-də Siem Reapa yerinə yetirilməli olan "Cambodia Airways KR542” reysi, eləcə də Banqkoka olan "Jeju Air 7C2215” və Taybeyə olan "Jin Air LJ747” reysləri də ləğv edilib.

"Həmin gün Muan Beynəlxalq Hava Limanına gəlməli olan bütün reyslərin hamısı ləğv edilib", - nəşr yazır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM