Cənubi Koreyada helikopter qəzası

19:00 | 27.11.2022
Cənubi Koreyada helikopter qəzası

Cənubi Koreyada helikopter qəzası

Cənubi Koreyanın Yanqyan bölgəsində mümkün meşə yanğınlarını aşkar etmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.
 
"Yonhap” agentliyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb.

Helikopter yerli vaxtla səhər saat 10:50 radələrində yerli Buddist məbədi yaxınlığındakı yüksək əraziyə düşüb.

Qəzada parça-parça olan helikopterdə baş verən yanğın hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM