Cənubi Koreyada Yaxın Şərq Respirator Sindromu koronar virusundan ölənlərin sayı 20 nəfərə çatıb.
APA-nın "Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bundan əvvəl 19 nəfərin öldüyü, 162 nəfərin isə virusa yoluxduğu bildirilirdi.
Hazlrda 6,5 min nəfər karantin rejimdədir.
Qeyd edək ki, xəstələrin yarısı virusa Seuldakı Samsung tibb mərkəzində yoluxub. Xəstəliyin yayılmasının əsas səbəbi kimi virusa yoluxanların həkimlərə və digər xəstələrə keçməsinin qarşısının alınması üçün yetərli tədbirlərin görülməməsi göstərilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !