Cənubi Qafqazın təhlükəsizliyi Avropa üçün vacibdir. Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
"Avropa üçün regionun təhlükəsizliyi və rifahı çox vacibdir, ona görə də biz Ermənistan və Azərbaycana onların uzunmüddətli münaqişəsinin həllinə kömək etmək üçün yardım təklif etmişik”, o, Antalyada keçirilən diplomatik forumda deyib.
Klaar qeyd edib ki,davamlı razılaşma əldə etmək lazımdır.
"Azərbaycanla Ermənistan arasındakı vəziyyətə gəlincə, bu münaqişə həll olunanda bütün Qafqaz əlverişli mövqedə olacaq”, - o əlavə edib.
Azərbaycanla Ermənistan arasında sülh sənədi istiqamətində proseslər davam edir. Hazırda rəsmi Bakı sülh sənədinin yeni təkliflərini Ermənistana təqdim edib.
Bir neçə gün öncə Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin təkbətək görüşü keçirilib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !