İngiltərənin "Aston Villa” komandasının baş məşqçisi Stiven Cerrardda koronavirus aşkrlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Onun sonuncu COVİD-19 testi müsbət nəticə verib. Bu üzdən də 41 yaşlı mütəxəssisin Premyer Liqa çərçivəsində "Çelsi” və "Lids”ə qarşı keçiriləcək növbəti matçlarında iştirak edə bilməyəcəyi diqqətə çatdırılıb. Sözügedən matçlar dekabrın 26-da və 28-də baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !