Ceyhan limanından satılan neftin həcmi açıqlandı

11:23 | 08.10.2015
Ceyhan limanından satılan neftin həcmi açıqlandı

Ceyhan limanından satılan neftin həcmi açıqlandı

2015-ci ilin sentyabr ayı ərzində 2 milyon 783 min 180 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Bu həcmin 1 milyon 928 min 78 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. 

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib. 

"Cari ilin yanvar-sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 milyon 681 min 978 ton təşkil edib. 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 283 milyon 621 min 68 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb” - deyə, SOCAR-dan qeyd olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM