Martın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.
Toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !