Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanı qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Orta Asiya-Avropa İttifaqı əlaqələrində rolu, beynəlxalq platformalar və formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycanın həm Bakı Limanında, həm də nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində həyat keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb




















