• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Ceyhun Bayramov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

Ceyhun Bayramov AŞPA-nın həmməruzəçiləri ilə görüşüb
05.06.2023 18:19

5 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə,görüşdə tərəflər arasında Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA-nın Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən söz açaraq Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib. Habelə, görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr Üçtərəfli bəyanatdan irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan genişmiqyasılı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident yeni seçilən Roma Papasını təbrik edib
Siyasət 11:00
Prezident yeni seçilən Roma Papasını təbrik edib
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Siyasət 10:47
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 09:57
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol