Ceyhun Bayramov əsirlərə işgəncə verilməsindən danışıb

14:59 | 24.05.2023
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşdə Ermənistanda əsir düşmüş azərbaycanlı hərbçilərin durumunu müzakirə edib.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 
Bununla yanaşı, davam edən mina təhdidləri, üçtərəfli bəyanat çərçivəsində Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi, aprel ayında əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq və onların qaytarılmaması, itkin düşmüş şəxslər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət çəkilib.
 
Bir müddət əvvəl Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb. Sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb