• $ 1.7
  • € 1.9014
  • ₽ 0.020971
  • ₺ 0.0437
  • £ 2.2609

Ceyhun Bayramov Helqa Şmid ilə görüşüb

Ceyhun Bayramov Helqa Şmid ilə görüşüb
13.07.2024 15:31
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, regional əməkdaşlıq imkanları müzakirə olunub.

Mövcud regional və beynəlxalq təhlükəsizlik vəziyyətinin fonunda ATƏT çərçivəsində regional məsələlərin beynəlxalq hüquq normaları əsasında həllini tapması istiqamətində mövcud imkanlardan səmərəli istifadənin vacibliyi vurğulanıb. Bu istiqamətdə təşkilatın öz fəaliyyətini günümüzün reallıqlarına uyğun şəkildə qurmasının əhəmiyyəti qeyd olunub.Azərbaycanın ATƏT-lə bir sıra istiqamətlər üzrə ən fəal üzvlərindən olduğu diqqətə çatdırılıb.

Həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin mövcud əməkdaşlıq gündəliyində iqlim fəaliyyəti istiqamətinin gücləndirilməsinə töhfə verə biləcəyi qeyd edilib.

Ceyhun Bayramov postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın bərpa, yenidənqurma və sülh gündəliyi, mövcud təhdid və çağırışlardan ətraflı bəhs edib. Ermənistanın mina təhdidinin vətəndaşların işğaldan azad olunmuş ərazilərə qayıdışına, habelə bu istiqamətdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə hədə törətməkdə davam etdiyi bildirilib.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib. Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşdü
Siyasət 19:19
Sahibə Qafarova İspaniya Deputatlar Konqresinin sədri ilə görüşdü
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 19:00
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq
Siyasət 15:24
Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb
Siyasət 13:43
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri başlayıb
İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarınamüraciət edib
Siyasət 09:54
İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarınamüraciət edib
Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla Vindzorda görüşüb
Siyasət 07:20
Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla Vindzorda görüşüb
Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşüb
Siyasət 21:46
Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşüb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Siyasət 14:23
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Bugün Rusiya və ABŞ prezidentlərinin telefon danışığı gözlənilir
Siyasət 13:33
Bugün Rusiya və ABŞ prezidentlərinin telefon danışığı gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol