Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, İƏT-in gələn il keçiriləcək Zirvə Görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri və bu çərçivədə ölkəmizin planları, habelə bölgədə cari vəziyyət müzakirə olunub.
Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !