• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyətini qəbul edib

Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyətini qəbul edib
05.06.2023 19:49
İyunun 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Knessetinin nümayəndə heyətini qəbul edib.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Knessetin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteynin rəhbərlik etdiyi nümayəndə heyətində, həmçinin komitənin diplomatik məsələlər üzrə başçısı Sara Zvebner və komitənin üzvü Ram Ben Barak təmsil olunub.

Görüşdə Azərbaycan və İsrail arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə mövzusu olub.

Ceyhun Bayramov diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif sahələr üzrə inkişaf edən əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasını məmnunluqla qeyd edib. Mart ayında İsrail Dövlətinə etdiyi rəsmi səfərə istinad edən nazir Ceyhun Bayramov qarşılıqlı səfərlər, siyasi dialoq və sıx təmasların münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib.

Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, təhlükəsizlik, energetika, mədəni, humanitar, innovasiyalar və s. sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyinin, qarşılıqlı faydalı münasibətlərin, parlament diplomatiyasının səmərəliliyinin ölkələrimizin münasibətlərin inkişafında göstərdiyi səylərin nəticəsi olduğu diqqətə çatdırılıb.

Komitə sədri Yuli Edelşteyn, Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmət, dəstək və dostluğa əsaslanan münasibətlərin inkişafından məmnunluqla bəhs edərək, Azərbaycanın İsraildə Səfirliyinin açılmasının münasibətlərin daha da güclənməsinə xidmət edəcəyinə dair inamını ifadə edib.

Görüş zamanı münasibətlərin inkişafına xüsusi təsir edən amil kimi, yəhudi icmasının rolu vurğulanıb.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident yeni seçilən Roma Papasını təbrik edib
Siyasət 11:00
Prezident yeni seçilən Roma Papasını təbrik edib
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Siyasət 10:47
MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Siyasət 09:57
Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət ediblər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol