Ceyhun Bayramov İtaliyada səfərdədir

12:23 | 20.05.2022
Ceyhun Bayramov İtaliyada səfərdədir

Ceyhun Bayramov İtaliyada səfərdədir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 132-ci iclasında iştirak etmək üçün İtaliyanın Turin şəhərindədir.  Bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat  verilib. yayılıb.
 
Məlumata görə, toplantı artıq başlayıb.
 
Həmin toplantıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Gürcüstan XİN rəhbəri İlya Darçiaşvili də iştirak edir. 
 
Avropa Şurasının Nazirlər Komitəsi  Avropa Şurasının qərar qəbul edən orqanıdır. Onun tərkibinə bütün üzv dövlətlərin Xarici İşlər Nazirləri və ya onların Strasburqdakı daimi diplomatik nümayəndələri daxildir.
 
Nazirlər Komitəsi həm Avropa cəmiyyətinin üzləşdiyi problemlərə milli yanaşmaların bərabərhüquqlu şəkildə müzakirə oluna biləcəyi bir hökumət orqanıdır, həm də bu cür çağırışlara Avropa miqyasında cavab tədbirlərinin formalaşdırıldığı kollektiv forumdur.
 
 
N.Təbrizli



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb