Ceyhun Bayramov Lavrovla görüşəcək

11:25 | 05.12.2022
Ceyhun Bayramov Lavrovla görüşəcək

Ceyhun Bayramov Lavrovla görüşəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri başlayıb.
 
Ceyhun Bayramov əvvəl Aleksandr Bağında "Naməlum əsgər"in məzarı önünə əklil qoyub.
 
Daha sonra Azərbaycan XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
 
Bu gün Azərbaycan və Rusiya XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək
 
Rusiya XİN-in 4 oktyabr tarixində Ceyhun Bayramovun işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib ki, XİN başçılarının görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.(Apa)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb