Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.
Bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.
Görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünün çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.