Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

21:48 | 27.12.2024
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında dekabrın 27-də telefon danışığı baş tutub.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Hakan Fidan Bakı-Qroznı sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğunu,mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırıb.

Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

Tərəflər, həmçinin Yaxın Şərqdə, o cümlədən Suriya ətrafında mövcud vəziyyəti müzakirə edib,Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri və planlarını nəzərdən keçirib,qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti