Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

15:29 | 23.03.2024
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən "Crocus City Hall” mərkəzində çoxsaylı insan itkiləri ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti